Bazar, 19 May

Belarus "İsgəndər-M" raketlərini Ukrayna ilə sərhədə gətirir

image

Belarus Respublikasının Qomel vilayətində "İsgəndər-M" ballistik raket sistemlərinin Ukrayna ilə sərhəd istiqamətində hərəkəti qeydə alınıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günü davam edir. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib", - məlumatda deyilir.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə bölmələr köçürməkdə davam edir və "İsgəndər-M" raketləri Belarusun Kalinkoviçi şəhərinə gətirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41